Restoranda işləyənlərdən COVID pasportu tələb olunacaq - RƏSMİ
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib. O bildirib ki, personalın qoruyucu vasitələr, maskalar, əlcəklərdən istifadə etmələri məcburidir.
Monitorinq şənlik keçirilərkən məsuliyyəti həm şənlik keçirən şəxslər, həmçinin ictimai-iaşə müəssisələrinin rəhbərliyi daşıyır. Həm sahibkarlıq subyektləri, həm də şənlik keçirən şəxslərə müraciət edirik ki, qoyulan tələbələrə ciddi şəkildə riayət etsinlər. Bununla biz gələcəkdə digər yumşalmalara gedə bilərik”.
AQTA rəsmisi qeyd edib ki, Agentlik tərəfindən aparılan monitorinq zamanı aşkar olunmuş pozuntularla bağlı inzibati tədbirlər həyata keçiriləcək.
Aytən Zəhra
Azvision.az