Krım Rusiya daxilində Respublika olacaq

Krım Rusiya daxilində Respublika olacaq
  12 Mart 2014    Oxunub:1131
Krımın Rusiyaya birləşdirilməsinə dair qərar Kremlin ən yüksək səviyyəsində qəbul olunub.
Bu haqda “Газета.ru” öz mənbələrinə istinadən xəbər verib. Xəbərə görə, çox güman ki, Krım Rusiya Federasiyasına Respublika kimi qəbul olunacaq və orada iki rəsmi dildən (rus və krım-tatar) istifadə ediləcək.

Məlumdur ki, Krım Ali Şurası ilk baxışdan gözlənilməz qərar qəbul edib – muxtariyyətin müstəqillik bəyannaməsini təsdiqləyib. Rəsmi məlumatlarda bildirilir ki, səsvermədə iştirak edən 81 deputatdan 71-i sənədin lehinə səs verib.

Bəyannamədə qeyd olunur ki, əgər Krım əhalisi Rusiyanın tərkibinə daxil olmağa səs versə, o zaman yarımada müstəqil və suveren Respublika elan olunacaq. RF-yə Respublika kimi daxil edilməsini isə Rusiya-Krım dövlətlərarası müqavilə tənzimləyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti