Bakının Baş planı yekunlaşmaq üzrədir - Dövlət Komitəsi

   Bakının Baş planı yekunlaşmaq üzrədir -    Dövlət Komitəsi
  22 İyun 2021    Oxunub:936
“Bakı şəhərinin Baş planı yekunlaşmaqdadır. Yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb.

"Əhalinin artımı yaşıllıq zonalarının istasmar olunması ilə müəyyən problemlər yaradır. Hazırda normala görə adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin bunu görmürük. Yeni layihədə bu hədəfə nail olmaq planlaşdırılır. Hətta bu göstəricinin 10 %-ə çatdırılmasını düşünürük”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Başplan  





Xəbər lenti