"İçərişəhər"də 5 mərtəbədən yüksək bina tikilməməlidir

"İçərişəhər"də 5 mərtəbədən yüksək bina tikilməməlidir
  22 İyun 2021    Oxunub:840
“Bakı şəhərinin baş planında paytaxtın mərkəzi rayonunun xüsusi mühafizə zonası "İçərişəhər"i əhatə edir. Bu zona onun əhatə dairəsini, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli tarixi memarlıq və mədəniyyət abidələrinin daha sıx yerləşdiyi ərazini əhatə edir".
Azvision.az xəbər verir ki, bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, məqsəd şəhərin tarixi-memarlıq siması mühafizə olunmasıdır.

"Həmin ərazidə yeni tikililərə icazə verilsə belə, müvafiq normalar qorunmalıdır. Yəni orada 5 mərtəbədən yüksək bina tikilməməlidir. Bütün bu tənzimlənmələrə ciddi nəzarət ediləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti