BMT-nin nümayəndəsi Ağdamdakı məscidin bərpasından danışıb

 BMT-nin nümayəndəsi Ağdamdakı məscidin bərpasından danışıb
  22 İyun 2021    Oxunub:1020
İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyəti gəlib gözümüzlə gördük. Ermənilər tərəfindən bu yerlərdə olan məscidlərin, teatr və otel binalarının dağıdılması bizi çox kədərləndirir və hər birimizdə çox ağır təəssüratlar yaradır.
Azvision.az xəbər verir ki, bu sözləri Ermənistanın işğalından azad olunmuş Ağdam rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib.

“Biz gələcəyi düşünürük və ümid edirik ki, Azərbaycanın gözəl və zəngin tarixi abidələri olan bu ərazilər bərpa olunacaq, buralara həyat qayıdacaq. Əminəm ki, UNESCO-dan olan təcrübəli ekspertlər qrupu burada yerləşən gözəl memarlıq nümunəsi olan tarixi məscidin yenidən bərpa olunması istiqamətində əllərindən gələni əsirgəməyəcək”, - deyə Migel Angel Moratinos əlavə edib.

Azvision.az



Teqlər: Ağdam  





Xəbər lenti