Tovuzda əkin sahələri yanıb

Tovuzda əkin sahələri yanıb
  22 İyun 2021    Oxunub:754
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində əkin sahələrində yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yanğın söndürülüb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Azvision.az






Teqlər: Yanğın  





Xəbər lenti