Pakistanla hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Pakistanla hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
  22 İyun 2021    Oxunub:767
Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti