Qarabağda döyüşən Rusiya vətəndaşının növbəti məhkəməsi iyunun 30-da olacaq - Yenilənib

  23 İyun 2021    Oxunub :604
   Qarabağda döyüşən Rusiya vətəndaşının növbəti məhkəməsi iyunun 30-da olacaq -  Yenilənib
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə təqsirləndirilən şəxsə hüquqlarını izah edib. Bildirib ki o dövlət hesabına vəkillə təmin edilib. Həmçinin hakim deyib ki, təqsirləndirilən şəxs öz dilində ifadə verə bilər, məhkəmə tərkibinə etiraz edə bilər və sərbəst ifadə verməmək hüququna malikdir.

Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

***
Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Azvision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Samir Əliyev sədrlik edəcək.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi, cinayət işi baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Azvision.az

Teqlər: Məhkəmə  






Xəbər lenti