Ağdamdakı su ehtiyatları ilə bağlı iclas keçirilir

  23 İyun 2021    Oxunub :326
   Ağdamdakı su ehtiyatları ilə bağlı iclas keçirilir
Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinin təməlinin qoyulduğu yerdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması ilə bağlı iclas keçirilir.
Azvision.az -ın xəbərinə görə, Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə keçirilən iclasda Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatları ilə əlaqədar vəziyyət qiymətləndiriləcək, müzakirələr aparılacaq və təkliflər səsləndiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb.

Azvision.az



Teqlər: Ağdam   iclas  






Xəbər lenti