Agentlik qazi atasının şikayətinə cavab verdi
"Zaur Həsənov bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və Qarabağ qazisinin atası olduğu nəzərə alınaraq növbədənkənar olmaqla iyunun 16-da iribuynuzlu heyvanlarla təmin edilib. Ona aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim akti tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Həmçinin Zaur Həsənov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını, təşəkkürünü videoçəkilişlə bildirib.
Qısa müddət ərzində Zaur Həsənovun fikrini dəyişməsi, narazılıq bildirməsi başa düşülən deyil. Eyni zamanda bu cür əsassız ittihamları gündəlik işi dezinformasiya yaymaqdan ibarət olan sosial media səhifələrində tirajlanması həssas qruplara sosial dəstək işlərini gözdən salmaq cəhdindən başqa bir şey deyil".
Azvision.az
Teqlər: Məşğulluq







Vaxtında, Aydın, Lazımlı!


