"Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var" - Şahin Mustafayev

   "Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var" -    Şahin Mustafayev
  23 İyun 2021    Oxunub:1119
İşğaldan azad edilən ərazilərdə digər təbii resurslarla bərabər kifayət qədər zəngin su resursları da mövcuddur.
Azvision.az xəbər verir ki, bunu Ağdamda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, təqribi hesablamalara görə, bu ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var:

“Bu ehtiyatlar tələbatı tam ödəməyə imkan verir. Cənab Prezidentin bəyan etdiyi kimi ölkədə su mənbələrinin xəritəsi hazırlanır. Bu xəritənin üzərində iş gedir. Çalışırıq ki, qısa müddətdə xəritənin ilk layihəsini hazırlayıb təqdim edək. Xəritə elektron formada hazırlanır.

Eyni zamanda su resurslarının yenidən qiymətləndirilməsi vacibdir. Bunun üçün yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə-kəşfiyyat quyularının qazılması nəzərdə tutulur və Ağdam rayonu da istisna deyil”.

Baş nazirin müavini bildirib ki, işğaldan azad edilən ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi zəruridir.

"Bu məqsədlə 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Stansiyaların quraşdırılacağı yerlər də təqribən müəyyən olunub. İşğaldan azad olunan ərazilərdə 13 iri çay və 9 su anbarı var. Bununla yanaşı reliyefə uyğun olaraq yeni su anbarlarının tikintisi ilə bağlı təkliflər var. Bu rəkliflər öyrəniləcək və ölkə rəhbərliyinə təqdim olunacaq.

Bilirsiniz ki, mənfur düşmən bütün əraziləri minalayıb və bu, ciddi təhlükə mənbəyidir. Təəssüflər olsun ki, bizim hərbçilərimiz, vətəndaşlarımız mina partlayışları nəticəsində həlak olurlar, yaralanırlar. Minalar təmziləndikcə su təsərrüfatı obyektlərinin də təmir-bərpa işlərinə başlanılacaq”.

Azvision.az



Teqlər: Su-ehtiyatı  






Xəbər lenti