Sabirabad sakinləri marixuanaya görə saxlanılıb

  23 İyun 2021    Oxunub :367
Sabirabad sakinləri marixuanaya görə saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şəhriyar kənd sakinləri Binyamin Hüseynov və Cəfər Cəfərov saxlanılıb. B.Hüseynovun kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 66 ədəd aqrotexniki qaydada yetişdirilmiş çətənə bitkisi və 8 kiloqram qurudulmuş marixuana, C.Cəfərovun evinə baxış keçirilən zaman isə 9 ədəd çətənə bitkisi və 2 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər: Sabirabad  






Xəbər lenti