“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir

  23 İyun 2021    Oxunub :304
“Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Bu barədə Azvision.az - a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib. Tapşırıqların icrası zamanı hərbi pilotlarımızın peşəkarlığı sayəsində şərti düşmənin yerüstü hədəfləri məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Azvision.az

Teqlər: MüdafiəNazirliyi   Hərbitəlimlər  






Xəbər lenti