Vyetnama neft satacağıq
AzVision.az xəbər verir ki, asia.nikkei.com saytının məlumatına görə Vyetnamın Petrovietnam (PVN) şirkəti stabil təchizatını təmin etmək üçün növbəti iki il ərzində Azərbaycandan xam neft alacaqdır. Mart ayının əvvəlində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Petrovietnam Oil, “Binh Son Refining” və “Petrochemical” şirkətləri arasında alqı-satqı müqaviləsi imzalanıb.
2016-cı ilədək olan dövrü əhatə edən müqaviləyə əsasən, cari il ərzində Azərbaycan Vyetnama 3,5 milyon barel xam neft satacaq.
AzərTAc