Bakıda avtobuslar toqquşdu, 7 nəfər yaralandı

  24 İyun 2021    Oxunub :408
   Bakıda avtobuslar toqquşdu,    7 nəfər yaralandı
Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Azvision.az

Teqlər: Avtobus   toqquşma  






Xəbər lenti