"Azərbaycanla strateji tərəfdaşlıq sürətlənir"- Səfir

  24 İyun 2021    Oxunub :532
"Azərbaycanla strateji tərəfdaşlıq sürətlənir"-   Səfir
"Azərbaycanla Ukrayna arasındakı ticari-iqtisadi əlaqələr ikitərəfli münasibətlərin inkişafının hərəkətverici qüvvəsidir".
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan Ukrayna-Azərbaycan İşgüzar Şurasının birgə iclasında deyib.

Onun sözlərinə görə, işgüzar şuranın yaradılması və ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi biznesin inkişafına kömək edəcəkdir.

"Bu münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes-assosiasiyalar vasitəsi ilə baş verir. Bundan əlavə, strateji tərəfdaşlıq sürətlənir və bugünkü görüş Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı hökumətlərimizin qoyduğu təməlli əsasların davamıdır", - səfir deyib.

Diplomat eyni zamanda bu şuranın yaradılmasının iki ölkənin ticarət fəaliyyətinə əminlik verəcəyinə inanır.

"Dövlətlərimizin bütün müstəqillik tarixində, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı ən böyük forum - Azərbaycan-Ukrayna işgüzar forumu keçirildi. Bu hadisə giriş xarakteri daşıyırdı və bugünkü konfransı fərdi sənayelərdə , sektoral adlandırmaq olar", - deyə V.Kanevski əlavə edib.

Azvision.az

Teqlər: Səfir  






Xəbər lenti