Səyyar "ASAN" Respublika Psixiatriya Xəstəxanasında

Səyyar "ASAN" Respublika Psixiatriya Xəstəxanasında
  25 İyun 2021    Oxunub:1657
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 60-dan çox şəxsə səyyar "ASAN xidmət" göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.







Azvision.az



Teqlər: ASAN  






Xəbər lenti