Olimpiadaya gedən idmançıların 80 faizi peyvənd olunub

Olimpiadaya gedən idmançıların 80 faizi  peyvənd olunub
  25 İyun 2021    Oxunub:1039
“Tokio Olimpiadasına yola düşməzdən əvvəl idmançılar və məşqçilər telefonuna xüsusi proqram yükləməlidir və orada öz simptomlarını hər gün qeyd etməlidirlər. Tokioya getməmişdən 72 saat əvvəl xüsusi laboratoriyada 2 test verəcəklər. Hər iki test neqativ çıxmalıdır. Testin biri pozitiv çıxsa, həmin şəxs Tokioya gedə bilməyəcək”.
Azvision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib. O bildirib ki, heyət Yaponiyada da test verəcək və 2 saat ərzində nəticəsi bəlli olacaq: “Tokioda idmançılar və federasiya nümayəndələri hər gün test verəcəklər. İki gündən bir isə PCR test olacaq. Pozitiv test çıxan şəxs Olimpiya Kəndindəki xüsusi binada karantinə alınacaq. Karantinə düşən adam iki neqativ PCR test verməlidir. Amma bu da o demək deyil ki, karantindən çıxacaq. Bundan sonra 3 qurum tərəfindən təsdiqlənməlidir ki, həmin şəxs karantindən çıxa bilsin”.

A.Bağırov qeyd edib ki, koronavirusa yoluxan idmançı diskvalifikasiya olunmayacaq. Həmin idmançı ya ölkəyə qayıdacaq, ya da sağaldıqdan sonra mübarizəni davam etdirməlidir. Koronavirusa yoluxan şəxs yarış bitdikdən sonra da sağalmasa, Tokioda qalacaq və komanda ilə birlikdə Azərbaycana qayıtmayacaq".

A.Bağırov bildirib ki, Tokioyaya yollanacaq Azərbaycan nümayəndə heyətinin 80 faizi peyvənd olunub. O, idmançılara “Pfizer” peyvəndinin vurulduğunu deyib.

Azvision.az



Teqlər: Olimpiada   İdmançı  





Xəbər lenti