Türkiyədə qanlı gecə: ölən və yaralananlar var

Türkiyədə qanlı gecə: ölən və yaralananlar var
  13 Mart 2014    Oxunub:818
Ötən gün Berkin Elvan ölüm səbəbiylə Türkiyədə davam edən etiraz aksiyaları qanlı olaylarla yadda qalıb.
Yerli vaxtla 22:00-da cənazə mərasiminin keçirildiyi Oxmeydanında toqquşma qeydə alınıb. Nəticədə üç nəfər ağır yaralanıb. Sonrada yaralılardan biri həyatını itirib.

DHA müxbirinin bildirdiyinə görə, bir qrup Fatih Sultan Mehmet prospektində toplanaraq təkbir gətirməyə başlayıb. Qrupdakıların bəzilərinin əlində sopa olub. Bu zaman etirazçılarla onlar arasında toqquşma yaşanıb. Nəticədə üç nəfər yaralanıb, bir nəfər isə ölüb. Ölən gəncin adı Burak Can Karamanoğludur. Onun 22 yaşı olub.

Emin Piri


Teqlər:





Xəbər lenti