Mətbuat Şurası jurnalistlərə müraciət etdi

Mətbuat Şurası jurnalistlərə müraciət etdi
  25 İyun 2021    Oxunub:773
Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.
Bu barədə Azvision.az -a Şuradan məlumat verilib.

Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Azvision.az



Teqlər:





Xəbər lenti