Uşaqların koronavirusa qarşı peyvənd olunması müzakirə edilir - TƏBİB

   Uşaqların koronavirusa qarşı peyvənd olunması müzakirə edilir -    TƏBİB
  25 İyun 2021    Oxunub:1017
Hazırda mütəxəssislər uşaqlara COVID-19-a qarşı vaksin vurulması ilə bağlı müzakirələr aparır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, müsbət qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Həkim-infeksionist bildirib ki, vaksinasiya strategiyasına əsasən hazırda yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Uşaq   Peyvənd  






Xəbər lenti