Rusiya Ukrayna ilə sərhəddə yeni təlimlərə başladı

Rusiya Ukrayna ilə sərhəddə yeni təlimlərə başladı
  13 Mart 2014    Oxunub:1147
Rusiya ordusunun təlimləri martın sonuna qədər davam edəcək.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin döyüş bölmələri Ukrayna ilə həmsərhəd Rostov, Belqorod, Tambov və Kursk vilayətlərində səhra təlimlərinə başlayıb.

Rəsmi açıqlamalarda təlimlərin ordunun döyüş hazırlığını yoxlamaq məqsədini daşıdığı vurğulanıb.

Martın sonuna qədər davam edəcək təlimlərdə Rusiya ordusunun Qərb Hərbi Dairəsinin hərbi hissələri iştirak edəcək.

Xatırladaq ki, bundan öncə, Rusiya Hava Desant Qoşunlarının yeni iri miqyaslı təlimlərinin başlandığı bildirilmişdi.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti