Amerika Rusiyanı açıq-aşkar təhdid etdi

 Amerika Rusiyanı açıq-aşkar təhdid etdi
  13 Mart 2014    Oxunub:982
ABŞ-ın xarici naziri Con Kerri, prezident Barak Obamanın təlimatına əsasən rusiyalı həmkarı Serqey Lavrovla görüşmək üçün Londona yola düşəcəyini deyib.
Ukraynadakı böhranın həll üçün cümə günü Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcəyini deyən Con Keri, görüş zamanı Rusiya tərəfinə “ müəyyən seçimlər” təklif edəcəklərini və Rusiyanın “yanlış seçim edəcəyi təqdirdə isə vəziyyətin daha da çirkinləşəcəyini” bildirib: “Rusiyanın təcrid olunması əslində heç kimə xeyir verməyəcək. Ancaq Rusiya düzgün addım atmazsa, biz etməmiz lazım olduğunu edəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti