Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırıldı

Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırıldı
  26 İyun 2021    Oxunub:1357
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-dən Azvision.az -a daxil olan müraciətdə deyilir:

"Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur".

Azvision.az



Teqlər: Yol-polisi  





Xəbər lenti