Binəqədidə binada yanğın olub

Binəqədidə binada yanğın olub
  27 İyun 2021    Oxunub:782
Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin yanar konstruksiyaları 22 m² sahədə yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: Yanğın  






Xəbər lenti