“Lenta.ru” dağıldı

“Lenta.ru” dağıldı
  13 Mart 2014    Oxunub:1070
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın aparıcı xəbər saytlarından olan “Lenta.ru”-nun baş redaktoru Qalina Timçenkonun işdən qovulması kollektivin etirazına səbəbə olub.
“Afişa-Rambler-SUP” şirkətinin sahibi Aleksandr Mamut şirkətin tərkibinə daxil olan saytın baş redaktorunu işdən azad edib.
Onun yerinə isə “Lenta.ru” saytının xarici kommunikasiya məsələləri üzrə baş redaktor müavini Aleksey Qoreslavski təyin olunub. Saytın redaksiya heyəti Kreml çevrələrinə yaxın olan şəxsin sayın rəhbərliyinə gətirilməsinə kütləvi şəkildə işdən çıxmaqla cavab veriblər.

“Təəssüf ki, bu adi təyinat deyil. Buna görə də müəyyən mənada izah olunmalıdır. Biz hesab edirik ki, bu təyinat “Lenta.ru” redaksiyasına birbaşa təzyiqdir. Müstəqil baş redaktorun işdən çıxarılması və onun yerinə Kreml kabinetlərindən idarəolunan bir şəxsin təyin olunması KİV haqqında qanundakı senzuranın yolverilməzliyi prinsipinin pozulmaslıdır”-deyə kollektivin bəyanatında deyilir.

“Son bir neçə ildə Rusiyada azad mətbuatın çevrəsi xeyli məhdudlaşıb. Bəzi media qurumları birbaşa Kremldən, digərləri kuratorlar vasitəsilə, başqaları isə işini itirmək istəməyən redaktorlar vasitəsilə idarə olunur. Bəzi KİV-lər bağlanıb, digərləri isə yaxın aylarda bağlanacaq. Bəla bizim iş tapa bilməməyimizdə deyil. Bəla ondadır ki, siz artıq heç nə oxumaq istəmirsiniz. Şübhəsiz ki, biz də axramızca gələcəklərini bilirdik. Amma inanırıq ki, bu daimi olmayacaq. Əziz oxucular, istənilən halda siz bunları bilməlisiniz. Tezliklə görüşmək ümidi ilə. Sizin əziz redaksiya ”-deyə bəyanatına yekunlaşır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti