Sabah 40 dərəcə isti olacaq

   Sabah 40 dərəcə isti olacaq
  27 İyun 2021    Oxunub:1277
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az - a verilən məlumata görə, Havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 , gündüz 30-35 faiz olacaq.

Azvision.az





Teqlər: Hava  





Xəbər lenti