Qubada ticarət mərkəzi yanıb- FOTOLAR

Qubada ticarət mərkəzi yanıb-    FOTOLAR
  27 İyun 2021    Oxunub:1189
Quba şəhərində yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib.
Azvision.az xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən iri ticarət mərkəzinin anbarından başlayıb.

Hadisə yerinə Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülərək, ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.







Azvision.az





Teqlər: Quba  






Xəbər lenti