Şüvəlanda 1 nəfər dənizdə batıb

Şüvəlanda 1 nəfər dənizdə batıb
  28 İyun 2021    Oxunub:1706
Şüvəlan çimərliyində boğulma hadisəsi olub.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Dəniz  





Xəbər lenti