Şüvəlanda dənizdə batan şəxsin meyiti çıxarılıb

Şüvəlanda dənizdə batan şəxsin meyiti çıxarılıb
  28 İyun 2021    Oxunub:1555
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.
Bu barədə Azvision.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olmuşdu.

Azvision.az



Teqlər: Dəniz   Boğulma  





Xəbər lenti