Azərbaycanda 99 yaşında işləyən şəxslər var

Azərbaycanda 99 yaşında işləyən şəxslər var
  29 İyun 2021    Oxunub:4671
Azərbaycanda e-sistemdə adına əmək müqaviləsi bildirişi olan ən yaşlı şəxsin 99 yaşı var.

Bunu Azvision.az -ın sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" Alt sistemində hazırda yaşı 80-dən yuxarı olan şəxslərə aid 1260 əmək müqaviləsi bildirilişi mövcuddur.

A. Osmanqızı qeyd edib ki, adına bildiriş olan şəxslərin 78 faizi kişi, 22 faizi qadındır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əmək-bildirişi  





Xəbər lenti