Şəhid atası vəfat etdi

   Şəhid atası vəfat etdi
  29 İyun 2021    Oxunub:1810
Vətən Müharibəsində şəhid olan Elgün Paşayevin atası vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb. Onun sözlərinə görə, Füzuli rayonunun Zərgər kəndindən olan şəhid atası İlham Paşayev üç gün əvvəl dünyasını dəyişib.

"Şəhid atası ilə Vətən müharibəsindən sonra görüşüb dərdlərinə şərik olmuşduq. Qəhrəman övlad yetişdirdiyi üçün minnətdarlıq duymuşduq. Şəhidlərimizin də, onları böyüdən valideynlərin də haqqı ödənilməz. Şəhid atası İlham bəyə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm".

Qeyd edək ki, şəhid Elgün Paşayev Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azvision.az







Teqlər: Şəhid  






Xəbər lenti