Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır - General (VİDEOMÜSAHİBƏ)

 Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır -  General (VİDEOMÜSAHİBƏ)
  30 İyun 2021    Oxunub:3660
Minaların istehsalı, onlardan istifadə dünyada yasaqdır. Ottava konvensiyası bunu qadağan edir. Amma ötən 28 il ərzində Ermənistan işğlada saxladığı Azərbaycan ərazilərini tamamilə minalayıb.
Bu fikirləri Azvision.az - a müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib. O xatırladıb ki, Azərbaycan ötən il Vətən Müharibəsində əldə etdiyi möhtəşəm zəfərdən sonra mina partlamaları nəticəsində 30-a yaxın qardaşımız şəhid olub, 100-dən çox insan yaralanıb. “Ermənistanın mina xəritələrini verməməsi müharibə cinayətidir. Qarşı tərəf buna görə beynəlxalq cinayət məhkəməsində cavab verməli olacaq”, - general vurğulayıb.

Y. Karauz əlavə edib ki, Azərbaycan Qarabağda atəşkəsə dair üçtərəfli 10 noyabr sazişindən sonra xəritələrin verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə, bütün beynəlxalq qurumlara müraciət edib: “Bu yaxınlarda 15 erməninin geri verilməsi müqabilində Ağdamda basdırılan 97 min minanın xəritəsini almaq mümkün oldu. Amma mən onda da demişdim ki, həmin xəritələrin bir qismi yanlış çıxa bilər, yaxud özləri bilərəkdən səhv verə bilərlər. Çünki hələ də aldıqları travmadan qurtula bilməyiblər. 97 min mina ən azı 97 min insanın ölümü demək idi. Bu xəritələr təbii ki, yetərli deyl. Əgər Ermənistan imzaladığı razılaşmaya sadiqdirsə, xəritləri tez bir zamanda verməli və terror fəaliyyətlərinə son qoymalıdır”.



Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan Karauz vurğulayıb ki, bir dövlətin təkbaşına nəsə etməsi mümkün deyil. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyi, sülhün bərqərar olması, iqtisadi inkişafı üçün öz güclərini birləşdirməkdədir. Dünyada Azərbaycan və Türkiyə qədər belə münasibətlərə sahib olan ikinci nümunə yoxdur. “Azərbaycan müstəqillik əldə etdikdən sonra iki dövlət bütün sahələrdə, o cümlədən hərbi, müdafiə, media və digər istiqamətlərdə sıx əməkdaşlığa başladı”, - deyən general Şuşa Bəyannaməsində diqqəti çəkən bir sıra vacib məqamlar olduğunu söyləyib.



“NATO üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. Yəni üzv ölkələrdən hər hansı birinə hücum bütün alyansa hücum deməkdir. Şuşa Bəyannaməsində Bakının təhlükəsizliyinin Ankaradan, Ankaranın təhlükəsizliyinin isə Bakıdan keçdiyi təsbit edildi. Sənəddə Azərbaycan və Türkiyənin dolayısı ilə iki ölkənin ərazi bütövlüyünə hər hansı hücumun özünə ediləcək hücum kimi ifadə etməsi dünyada bir nümunədir. Və bu həm bölgə ölkələrinə, həm dünyaya bir mesajdır. Digər vacib məqam hərbi məhsulların istehsalı üçün birgə zavodların inşasıdır. Bir sözlə, iki ölkənin maddi-mənəvi nəyi varsa, bu, onların hər ikisinə məxsusdur".

General Azərbaycan Ordusunun bu gün dünya miqyasında ən güclü ordular sırasında olduğunu əlavə edib. İki ölkənin hərbi əməkdaşlığının bu gün yüksək səviyyəyə çatdığını söyləyib.

O, Ermənistanın Qarabağ razılaşmalarını yerinə yetirməsi, sülh sazişi imzalaması perspektivlərinə də toxunub.



"Ermənistanda seçkilər yeni bitdi. Sabiq prezident Robert Koçaryanın lideri olduğu əli qanlı terrorçuların təmsil olunduğu "Ermənistan" blokunun – Qarabağ klanının bir sıra ölkələrin qurluşları ilə əlaqələri var. Dolayısı ilə 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsini istəməyən qruplar var. 20 iyun parlament seçkilərinin nəticələri göstərdi ki, Ermənistan xalqı sülh, sabitlik, Azərbaycan və Türkiyə ilə barışığa səs verib. Yəni Nikol Paşinyanın qazanması erməni xalqının 10 noyabr razılaşmasına səs verməsi deməkdir. . Artıq erməni xalqı başqalarının əlaltısı olmaq, yeni müharibəni istəmir. Erməni xalqı aclıq, səfalət içindədir. Bu ilin 3 ayında 80 min nəfər ölkəni tərk edib. Müharibə vaxtı gördük ki, əsgələri qaçmasınlar deyə ayaqlarından tanklara, toplara zəncirləmişdilər. Ermənistan, Azərbaycanın təşəbbüskarı olduğu regionla "3+3" platformasına dəvətlidir. Bu, bir barış anlaşmasıdır. Atəşkəs razılaşmasını sülh razılaşmasına çevirmək yoludur. Prezident İlham Əliyev sülhə hazır olduğunu bəyan etdi. Bunun tək bir şərti var: Qarabağ Azərbaycandır, Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət göstərməlidir. 10 noyabr razılaşması qısa müddət ərzində yerinə yetirilməldiir. Bu sülhdən ən çox Ermənistan yararlanacaq. Ona görə də İrəvan xoş niyyət göstərməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YücelKarauz   Azərbaycan   Türkiyə   Ordu  





Xəbər lenti