Bakıda “Əmman, 100 illik yürüş” sərgisi açılıb - FOTOLAR

Bakıda “Əmman, 100 illik yürüş” sərgisi açılıb -  FOTOLAR
  30 İyun 2021    Oxunub:1579
Bakı Fotoqrafiya Evində “Əmman, 100 illik yürüş” adlı foto-sərginin açılışı olub.
Azvision.az xəbər verir ki, sərgini İordaniya Haşimilər Krallığının yaradılmasının 100 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi, Əmman Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil edib.

Açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, sərginin keçirilməsi mühüm mədəni hadisə olaraq. Bu, iki qardaş xalqın əməkdaşlıq əlaqələrinin dərinliyini xatırlatmaq üçün bir fürsətdir.

Səfir Sami Abdulla Goşeh sərginin böyük maraqla qarşılanacağına əminliyini bildirib. Onun sözlərinə görə, sərgi qədim və zəngin tarixə malik Əmman şəhəri haqqında məlumat almaq üçün bir imkan yaradır.

İordaniya paytaxtının meri Yusif Şavarben video-formatda tədbirə qoşularaq iştirakçıları salamlayıb və təbriklərini çatdırıb.

4 iyul tarixinədək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Əmmanın yüz ildən bəri tarixi inkişafını tərənnüm edən 40 ədəd A3 formatında 5 mm-lik foreks üzərində çap edilmiş fotoşəkillər nümayiş olunur. Burada, həmçinin paytaxt şəhərin və onun sakinlərinin mədəniyyətini əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotolar da təqdim edilir.

Sərgi İordaniya Krallığına həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunur.





















Pərvanə Sultanova
FOTO: Anar Bayramlı

Azvision.az

Qalereya




Teqlər: sərgi  






Xəbər lenti