Ermənistanda Naxçıvan iddiası ilə təşkilat yaradıldı

Ermənistanda Naxçıvan iddiası ilə təşkilat yaradıldı
  13 Mart 2014    Oxunub:1807
Yaşadıqları ərazinin ilkin sakinləri olduğunu sübut etmək üçün min oyundan çıxan ermənilər gah özlərini Nuhun nəvəsi olan "Haykın uşaqları" adlandırır (guya Hayastan –Ermənistan adı da buradan gəlir), gah da ilk xristian xalqı olduqlarını iddia edirlər.

Ən gülməlisi isə odur ki, guya “Nuh tufanı” (tufan zamanı bəzi insanlar bağışlanaraq sağ qalıblar) bunları müxtəlif yerlərə səpələyib. Yəqin, Nuh tufanın gətirdiyi ermənilərdən biri də Naxçıvana düşüb ki, bu gün ermənilər Naxçıvana qarşı ərazi iddiası qaldırıblar. (Nuhun tufanı da nədənsə biz tərəfə daha çox əsib).

- Elə siyasi problemlərimiz var ki, ya tamamilə unudulub, ya da ki gündəmdən düşüb,- deyə bu gün `Armenia Today` Naxçıvana ehyam edərək yazıb: “Vətənimizin bir hissəsi olan sağalmaz yaramız Naxçıvan bu gün diqqətdən kənarda qalıb”.

“Yaralı” ermənilər ərazi iddialarına davam edirlər. Guya Naxçıvan erməni etnosunun formalaşmasının əsas ocaqlarından biri imiş. Qeyd etdiyimiz kimi, guya Nuh bağışladığı ermənilərdən bir-ikisini Naxçıvana salıb, onlar da orada cütləşib çoxalıblar və beləliklə böyük bir etnos –erməni etnosu yaranıb. Ermənilərin iddia larına görə, guya Naxçıvan 1921-ci ildə zorla Azərbaycana birləşdirilib. Armenia Today saytının dərc etdiyi məqalədə, yazılıb: “Əminik ki, əzəli erməni torpağı olan Naxçıvan gec-tez öz tarixi sahibinə geri qaytarılacaq. Buna görə də, biz “Naxçıvan” adlı milli-siyasi hərəkat yaratmışıq ki, Naxçıvan problemini birdəfəlik həll etsin”.

Məqalədə sözügedən “Naxçıvan təşəbbüsü ”nün hədəfləri də açıqlanır:

1. Erməni xalqının Naxçıvan probleminə münasibətini dəyişmək, milli məqsəd və tələblər haqqında stereotip təsəvvürlər yaratmaq (yəni qara cammaatın beyninə zorla yeritmək ki, Naxçıvan ermənilərindir).

2. Beynəlxalq hüquq baxımından Naxçıvanla bağlı hüquqi və siyasi tələblər irəli sürmək (yəni, müxtəlif beynəlxalq təşkilatlar qarşısında yalan iddialarla çıxış edərək çatmayan hüquqlarının tapdalandığına görə yardım dilənmək və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaq).

3. Naxçıvanı Ermənistanın blokadası vasitəsinə çevrilməsi məsələsinə baxmaq (yəni Naxçıvan Ermənistanın hesab edilsə İranla yolu açılacaq).

4. Naxçıvanın Ermənistandan təcrid olunduğu bir vaxtda Ermənistan Respublikasının siyasi və iqtisadi inkişafında yaranmış çətinlikləri analiz etmək ( guya Ermənistanın siyasi və iqtisadi geriliyinin səbəbi Naxçıvanın “təcrid” olunması imiş və ya başqa sözlə desək Naxçıvan “itkisi” Ermənistana ağır zərbəymiş. Başqalarına ərazi iddialarına son qoyub əllərində olanların hayına yansalar, heç olmazsa bugünkü qədər geridəqalmış olmazdılar, amma... )

5. Naxçıvanın Ermənistana birləşməsi perspektivlərində İranın mümkün marağının müzakirə edilməsi ( Son zamanlar İranla-Ermənistan arasında münasibətlərdə irəliləyiş müşahidə olunur, Ermənistan bu məsələ də çıxar arayır. Xatırladaq ki, Azərbaycanın Naxçıvan ərazisinə ermənilər məhz İrandan köçürülmüşdü.)

Bəli, 1828-ci il Türkmənçay işğalından sonra Rusiyanın birbaşa müdaxiləsi və işğal müqaviləsinin şərtlərinə əsasən İrandan çox sayda erməni o dövrkü İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə, həmçinin şimalı Azərbaycanın digər bölgələrinə köçürüldü. Statistik materiallar sübut edir ki, ilk köçürmə zamanı Naxçıvana İrandan 2551 ailə (təqribən 13 min nəfər erməni) gətirilmişdi.

1917- ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918–ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.

Bu kimi faktları danan erməni "məzlum"ları isə yalanlarının çoxluğundan olsa gərək, öz tarixçilərinin dönə-dönə təkrar etdikləri “tarixi” faktları da unudurlar. Hayastan tarixçilərindən biri yazır : "Ermənilərin əcdadları arimlər eradan əvvəl III - II minilliyin hüdudlarında Thakiyadan Kiçik Asiyaya köçmüşlər".

Bu saxtalaşdırılıb, şişirdilmiş tarixə əsasən, onların indiki yaşadıqları əraziyə, hətta Kiçik Asiyaya gəlmə olduqları danılmaz faktdır. Bu halda onlardan bir soruşan lazımdır ki, özünüzü bu əraziyə gəlmə hesab etdiyiniz halda necə olur ki, sizin buralarda görünməyinizdən bir neçə min il əvvəl baş vermiş tufanla, Nuh peyğəmbər, onun oğlu Yafəslə necə bağlı ola bilərsiniz?!

Arm Today-in məqaləsinin sonunda qeyd olunur ki, “Naxçıvanı geri qaytarmaq lazımdır. Biz öz vətənimizə biganə qala bilmərik, yoxsa ümumiyyətlə vətənsiz qalarıq. Naxçıvanlılar öz doğma torpaqlarına qayıtmaq ümidlərini itirməyiblər”. Diqqət edin naxçıvanlılar... erməni və naxçıvanlı, gülməli və təzadlı...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti