Nazirlik minalarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Nazirlik minalarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi
  30 İyun 2021    Oxunub:584
Ədliyyə Nazirliyi minalarla bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib.

Qeyd edilib ki, nazirlik bu il bir sıra mötəbər beynəlxalq forumlarda iştirak edib:

"Bu zaman Ermənistanın qanunsuz əməlləri, xüsusilə azad edilmiş torpaqlarımızda işğal dövründə quraşdırdıqları mina xəritələrini verməsi ilə bağlı çağırışların edildiyi, həmçinin xarici ölkələrin ədliyyə nazirlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığı diqqətə çatdırılıb".

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti