Qanunsuz verilən 2400 hektardan çox torpaq geri qaytarıldı

Qanunsuz verilən 2400 hektardan çox  torpaq geri qaytarıldı
  30 İyun 2021    Oxunub:824
Birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxılıb, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəyləri verilib.
Azvision.az xəbır verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib.

Qeyd edilib ki, bu ilin ilk yarısında bələdiyyələr tərəfindən qanunsuz verilmiş 2400 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

"Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2.400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub".

Azvision.az


Teqlər: Bələdiyyə   Torpaq  





Xəbər lenti