Qarabağa qanunsuz getmək istəyənlər saxlanılıb

Qarabağa qanunsuz getmək istəyənlər saxlanılıb
  01 İyul 2021    Oxunub:709
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiri lir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin həyatlarına təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Qarabağ   DİN  





Xəbər lenti