Ötən gün 76 yanğın olub, 17 nəfər xilas edilib
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 17 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib. Həmçinin, Tovuz rayonunda avtoqəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən 1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azvision.az
Teqlər: FHN