KOBİA RİTM layihəsinə dəstək olmağa hazırdır

KOBİA RİTM layihəsinə dəstək olmağa hazırdır
  01 İyul 2021    Oxunub:831
RİTM proqramı çərçivəsində seçilmiş startaplara 3 il müddətində innovasiya fəaliyyətindən əldə edilmiş gəlirlərdən vergi imtiyazı veriləcək.
Azvision.az xəbər verir ki, bunu adıçəkilən proqramın təqdimatında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O, RİTM layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

O.Məmmədov layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti