Yayda turizm qiymətlərinin artma səbəbi açıqlandı

Yayda turizm qiymətlərinin artma səbəbi açıqlandı
  01 İyul 2021    Oxunub:690
Pandemiya qaydalarına uyğun olaraq sərhədlərin mərhələli şəkildə açılması pozitiv irəliləyişdir. Bu turizm sənayesinin inkişafına töhfə verəcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib. O, yay mövsümündə turizm qiymətlərin kəskin artması məsələsinə də toxunub. Onun sözlərinə görə, bu sektorda xidmət və turizm məhsulları qurum tərəfindən tənzimlənmir:

"Bazaryönümlü iqtisadiyyatda bütün xidmətlərin qiyməti tələb və təklif əsasında tənzimlənir. Biz regionlarda müəyyən xidmətlər və turizm məhsullarının yaradılması istiqamətində işlər aparırıq. Məsələn qonaq evləri, aqro turizm imkanları yaradılır ki, müxtəlif büdcəli turistlər bundan yararlana bilsin".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti