Maliyyə sektoruna dəstək paketinin vaxtı uzadıldı
Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılmışdır.
Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 1 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcəkdir. Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcəkdir. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınıb.
Azvision.az
Teqlər: Bank