Günvurmaya daha çox bu şəxslər məruz qalır

Günvurmaya daha çox bu şəxslər məruz qalır
  01 İyul 2021    Oxunub:862
Yay mövsümü başlayandan 19 halda günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, günvuran şəxslərdən 7-si stasionara yerləşdirilib.

“Digərlərinin vəziyyətləri nisbətən yaxşı olduğu üçün yerində yardım göstərilib. 19 nəfərdən 7-si uşaqdır, onlardan 2-si xəstəxanaya yerləşdirilib. Günvurma hallarında vaxtında müraciət edilməzsə, ağırlaşmalar ola bilər”.

N. Fərzəliyeva qeyd edib ki, yaşlılar, uşaqlar, normadan artıq çəkisi olanlar, xroniki xəstəlikləri olanlar daha çox günvurmaya məruz qalır: "İnsanlar 11:00-12:00-dan 16:00-17:00-a qədər çölə çıxmamalıdır. Əgər məcburiyyət qarşısında çölə çıxarlarsa, geyimlərinə xüsusi diqqət yerməli, boş paltar geyinməli və çoxlu maye qəbul etməlidirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Günvurma  





Xəbər lenti