Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  01 İyul 2021    Oxunub:713
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85889 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44063 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.

Azvision.az



Teqlər: Vaksinasiya  





Xəbər lenti