Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı

Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı
  01 İyul 2021    Oxunub:881
Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir.
Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni MiFi M25 cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.

Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də MiFİ avadanlığının enerjiyə qənaət funksiyasıdır - cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G MiFi cihazla birgə 1 ədəd "Data tarifi”-ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur. Abunəçilər cihazı Azercell Eksklüziv Mağazaları və Azercell-in rəsmi diler dükanlarından əldə edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumat üçün bura daxil olun



Teqlər: Azercell  





Xəbər lenti