Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq

Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq
  02 İyul 2021    Oxunub:878
Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat xidmətindən Azvision.az -a daxil olan xəbərdarlıqda deyilir: "Son zamanlar ölkə ərazisində yanğın hadisələrinin sayı artıb. Ağaclıq və taxıl sahələrində, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi baş vermiş hadisələrə əsas səbəblərdəndir. Xəbərdarlıq! bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!".

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti