Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  02 İyul 2021    Oxunub:905
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 621 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 629 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 290 808, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti