“Səmimi qəlbdən bizim şanlı polislərimizi təbrik edirəm. Azərbaycan polisindən olduqca yüksək peşəkarlıq, yüksək vətəndaşlıq mövqeyi, vətənpərvərlik görmüşəm. Şanlı Qələbəmizin qazanılmasında onların böyük əməyi var. Həmin günlərdə gecə -gündüz ağır rejimdə çalışdılar, çətinliklərlə üz-üzə qaldılar. Polislərimiz hər zaman dövlətçiliyimizin, qanunvericiliyimizin keşiyində dururlar.
|
| "Qarnı ilə məzələndiyimiz polislər indi yoxdur" - Tahir İmanov |
DİN işçiləri arasında çoxlu dostlarım var. Həmin insanlarla uzun illərdir ki, münasibətim var. Yol polisi məni saxlayanda ondan son dərəcə nəzakət, diqqət və mədəniyyət görürəm. Qaydanı pozduğum üçün bəzən polislər məni də cərimələyiblər. Amma mən cərimədən qaçmamışam, vətəndaşam. Çalışıram qaydanı pozmayım, intizamı qoruyub saxlayım. Asayiş keçikçiləri məni məsuliyyətli bir sürücü kimi tanıyırlar”.
Musiqiçinin sözlərinə görə, polislər onunla sənət haqqında da söhbətləşirlər.
“Polislərimiz mənə yaxınlaşıb minnətdarlıqlarını bildirirlər. Xarıbülbül festivalından sonra polis işçilərindən bəziləri hardansa nömrəmi öyrənib zəng edib təşəkkür edirdilər.
Şuşada polislər məşqlərdə bizə böyük qayğı göstərirdilər. Nizamı, intizamı, təhlükəsizliyi bərpa edirdilər. Orada da yanımızda idilər. Allah onlara can sağlığı versin. Polislərimizə xoşbəxtlik arzu edirəm”.
Qeyd edək ki, bu gün Azərbaycan Polisinin yaranmasından 103 il ötür. Hər il 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


