QHT-lərlə daha bir "zoom"lu görüş keçirilib
Ə.Həsənov əlaqələndirici olduğu sahələr üzrə fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyəti, onların dayanıqlığı üçün vacib olan istiaqmətlər və gələcəkdə Agentlik ilə əməkdaşlığın qurulması üçün görüş iştirakçılarına fikirlərini diqqətə çatdırdı. Eyni zamanda Agentliyin QHT-lərin layihələrinin maliyyələşdirilməsini nəzərdə tutan qrant müsabiqələrinin mövzuları barəsində fikir mübadiləsi aparılmasının vacib olduğunu bildirdi.
Görüşdə çıxış edən tanınmış QHT təmsilçiləri ölkədə insan hüquqları, hüquqi məsələlər ilə bağlı maarifləndirmə proqramlarının artırılması, nəzərdə tutulan maliyyə yardımı zamanı dəqiq meyarların hazırlanması, QHT-lərin institutsional bazasının yaradılması üçün dövlətin dəstəyinin artırılması, xüsusən onların icra etdikləri layihələr və yaxud davamlı fəaliyyətini təmin etmək üçün “QHT evi” adlı ofisin yaradılması və QHT-lərə simvolik şərtlər ilə icarəyə verilməsi kimi məsələləri diqqətə çatdırdılar.
Xüsusən regionlarda vətəndaş cəmiyyətinin inkişafı, onların sosial problemlərin həlli və həssas qruplar ilə işləməsi istiqamətində fəaliyyətlərin təşviq olmasının vacibliyi vurğulandı. QHT-lərin işğaldan azad olunmuş ərazilərin bərpası prosesi, ora geri qayıdacaq vətəndaşlar ilə işlərin intensivləşdirilməsi, milli azlıqlar ilə əlaqələrin daha da sıx qurulması və inteqrasiya proseslərində fəal olması üçün Agentliyin dəstəyinin artırılmasını təklif edtilər.
Ə.Həsənov qeyd etdi ki, Agentliyin qarşısında duran əsas məsələlərdən biri QHT-lərlə işin aparılmasında şəffaflığın təmin olunması ilə yanaşı müasir idaretmənin təmin edilməsi, QHT-lərin peşəkarlığının artırılması, onların ölkə üçün prioritet sayılan sahələrə cəlb edilməsin təşviq olunması və QHT-lərin gələcəkdə dayanıqlığının təmini üçün tədbirlərin görülməsindən ibarət olacaq.
Teqlər: QHT