Kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi baş tutub

Kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi baş tutub
  02 İyul 2021    Oxunub:905
Avropa Ittifaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının "ABAD" publik hüquqi şəxsi ilə birgə icra edilən "Balakən regional "ABAD" mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsinin bağlanış mərasimi olub.
Azvision.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT İP-nin rəhbəri Alessandro Frakassetti, Azərbaycam Ptezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və "ABAD" publik hüquqi şəxsin ditektoru Rüfət Elçiyev iştirak edib.

İcra başçısı Ə.Usubov bildirib ki, layihənin həyata keçirilməsinə 2017-ci ildən başlanılıb və bu, sahibkarlığın inkişafına, iş yerlərinin açılmasına dəstək verib. O deyib ki, Şəki sənətkarlar diyarı kimi tanınıb, keramika sənəti bu günə kimi öz əhəmiyyətini qoruyub saxlayıb. Şəkinin 2700 ildən artıq tarixi var, 2017-vi ildə YUNESCİ-nun yaradıcı şəhərlər siyahısına daxil edilib. 2019-cu ildən isə Xan sarayı qorunan irs siyahısındadır. İcra başçısı əlavə edib ki, belə layihələr regionların inkişafına öz töhfəsini verir.

Səfir K.Yankauskas çıxışında deyib ki, bu, Aİ tərəfinfən maliyyələşdirilən ən böyük layihələrdən biridir. Gün ərzində biz layihənin nəticələri ilə tanış olacağıq.

"Aİ və Azərbaycan tərəfdaşdırlar. Biz Azərbaycanın inkişafında doğrudan da maraqlıyıq. Azərbaycanın dayanıqlı, firavan inkişafını istəyirik. Bu inkişaf bölgələri də əhatə etməlidir ki, insanlar faydalana bilsinlər. Səfir deyib ki, bu cür layihələrin regionların inkişafına və daha çox turistin cəlbinə səbəb olur. Dörd ildir Azərbaycanda olduğunu deyən səfir bir müddət sonra ölkəmizi tərk edəcəyini vurğulayıb.

"Mən özünə daha əmin baxan bir ölkəni tərk edirəm. Bir müddət sonra Azərbaycanda yeni layihələrə başlanacaq. Həmin layihələr də regional inkişaf və ətraf mühitin qorunmasına həsr ediləcək".

BMTİP-in rəhbəri bildirib ki, bu, sosial inkişafa yönəlmiş bir layihədir. BMT-nin Azərbaycanda icra etdiyi 25, Aİ-nin maliyyələşdirdiyi isə 6-cı layihədir. Bu layihə vasitəsilə ailələr gəlir mənbəyi əldə etməyə müvəffəq olub.

Qeyd edək ki, 2017- ci ildən başlayan layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib. 200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı ilə olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatıdan 22-si qadınlar tərəfindən idarə olunur. O cümlədən 12-si məcburi köçkünlər tərəfindən reallaşdırılır.

ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, bu layihə əməkdaşlığımızın yeganə istiqaməti deyil. Bundan əvvəl də bir sıra layihələr birgə icra edilib. Beynəlxalq tərəfdaşlarla yanaşı böyük yerli kampaniyalarla da əməkdaşlıq həyata keçirir. İndiyədək 482 "ABAD"çıya arzuladıqları biznesin qurulmasına kömək edib, onların 4 milyon manat dəyərində məhsullarının satışına nail olub, həmin vəsait onların bank hesabına köçürülüb. onu bank hesablarına köçürülüb. R.Elçiyevin sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq qeyd edilən layihə tam şəkildə həyata keçirilib.

Pərvanə Sultanova


Teqlər:





Xəbər lenti